04 May 2026
Hazırda 17 saylı Cəzaçəkmə Müəssisəsində həbs cəzası çəkən inanclı məhbus Rövşən Cabbarov zorakılığa məruz qalıb.
Şeyx Sərdar Hacıhəsənli - Allah bəndələrindən nə istəyir? - AUDİO
“Toplum TV işi”: 5 gündür quru aclıq edən Ramil Babayev məhkəməyə zorla gətirildiyini deyib
Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib.
“Toplum TV”nin məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə əvvəlcə təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev çıxış edib. O bildirib ki, saxlanıldığı Bakı İstintaq Təcridxanasında şikayətlərinə baxılmadığı üçün 5 gündür quru aclıq edir.
Dünya liderləri 8-ci Avropa Siyasi Birliyi sammiti üçün Ermənistana gəlirlər
Təxminən 50 ölkədən dünya liderləri 8-ci Avropa Siyasi Birliyi sammiti üçün Ermənistanın paytaxtı İrəvanda toplaşıblar.
Dünya liderləri bazar günü "Gələcəyin Qurulması: Avropada Birlik və Sabitlik" şüarı altında keçirilən 8-ci Avropa Siyasi Birliyi görüşündən əvvəl İrəvana gəlməyə başlayıblar.
Siyasi məhbusun məhkəmə qərarı icra olunmur
Siyasi məhbus Nahid Qəhrəmanlı haqqında Qaradağ Rayon Məhkəməsinin qərarı cavabsız qalıb. Bu barədə onun ailəsi məlumat verib:
"İnter" çempion oldu
Futbol üzrə İtaliya A Seriyasında 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşib.
XXXV turda öz meydanında "Parma"nı 2:0 hesabı ilə məğlub edən "İnter" vaxtından əvvəl çempionluğunu elan edib. Görüşdə qolları Markus Tyuram və Henrix Mxitaryan vurublar.
Bununla da xallarını 82-yə çatdıran "İnter" sona 3 tur qalmış qızıl medalları təmin edib. Milan təmsilçisi turnir cədvəlində ən yaxın izləyicisi "Napoli"ni (70 xal) 12 xal qabaqlayır.
Zühurdan sonra nələr baş verəcək? İmam Zamanın Zühur müjdəsi | Seyyid Elman - VİDEO
ABŞ "Azadlıq Layihəsi" əməliyyatına 15000 hərbçi göndərəcək
Hörmüz boğazında ilişib qalan gəmiləri müşayiət etmək üçün "Azadlıq Layihəsi" əməliyyatına təxminən 15 min ABŞ hərbçisi, idarə olunan raket esminesi və 100-dən çox təyyarə göndəriləcək.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib.
"ABŞ-ın "Azadlıq Layihəsi"nə hərbi dəstəyi idarə olunan raket esminesi, 100-dən çox quru və dəniz təyyarəsi, müxtəlif pilotsuz platformalar və 15000 əsgəri əhatə edəcək", - məlumatda deyilir.
ABŞ-nin Aİ avtomobillərinə tariflərin artırılması bütün Avropaya zərbədir
ABŞ prezidenti Donald Trampın elan etdiyi Aİ avtomobillərinə tariflərin artırılması bütün Avropaya zərbədir.
Bunu Almaniya kansleri Fridrix Merz deyib.
O, bildirib ki, ABŞ-nin yeni idxal tariflərini xüsusilə Almaniyaya yönəlmiş bir tədbir kimi görmür
"Tramp bütün Avropaya zərbə vurmaq istəyir", - deyə Merz ifadə edib.
Əl-Əqsa məscidində təzyiqlər artır: İsrailin ibadətə mane olur
İsrailin müqəddəs məkanlara təzyiqi artır. Fələstin Vəqflər Nazirliyinin açıqlamasına görə, təkcə son bir ayda Əl-Əqsa Məscidinə 30-dan çox basqın edilib.
İsrail qüvvələrinin himayəsi altında keçirilən bu basqınlar zamanı yüzlərlə insanın məscidin həyətinə girərək təxribatçı hərəkətlər etdiyi bildirilib. Bəzi günlərdə basqınlarda iştirak edənlərin sayının 600-ü keçdiyi bildirilib.
Kallas Ermənistanın Avropa İttifaqına üzvlük perspektivindən danışıb
Ermənistan Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı qərarı özü verəcək.
Sevinc Vaqifqızı ikinci dəfə dünya üzrə “10 Ən Vacib” jurnalist siyahısında yer alıb
Vahid Azad Mətbuat Koalisiyası 3 May - Dünya Media Azadlığı Günü münasibətilə illik hazırladığı “10 Ən Vacib” siyahısını dərc edib.
“Həqiqəti söylədiklərinə görə həbs olunan jurnalistlərə” diqqət çəkmək üçün hazırlanan siyahıya bu il də Azərbaycandan “Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı daxil edilib.













