“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya Bundesliqasının 29-cu turunda səfərdə “Sankt-Pauli”ni 5 cavabsız qolla məğlub edən “Bavariya” tarixi rekorda imza atıb.
Vensan Kompaninin rəhbərlik etdiyi komanda bu mövsüm Bundesliqada ümumi qol sayını 105-ə çatdırıb. Bununla da “Bavariya” 1971/1972 mövsümündə qeydə alınan 101 qolluq tarixi klub rekordunu qırıb.













