Yəmən: Hizbullah tək qalmayacaq
Yəməndən yüksək səviyyəli mənbə bildirib ki, ölkə Livanın yanında dayanacaq və Hizbullah tək buraxılmayacaq. Mənbənin sözlərinə görə, Yəmən bütün müsəlman ölkələrin “işğalçı qüvvələrə” qarşı mübarizəsini dəstəkləyir.
Açıqlamada qeyd olunub ki, Yəmən hazırda da hərbi baxımdan hazırlıq vəziyyətindədir və regionda baş verən hadisələri yaxından izləyir.













