ABŞ-ın 50 illik dövrü başa çatır: "Neft Dollar" sistemi çökdü
Bloomberg-də dərc olunan təəccüblü bir təhlil, Yaxın Şərqdəki müharibənin təkcə regional təhlükəsizliyi deyil, həm də Amerika maliyyə hegemoniyasının təməl daşı olan "Neft Dollar" sistemini məhv etdiyini ortaya qoydu. 1974-cü ildə Henri Kissincer tərəfindən qurulan və Körfəz neft gəlirlərinin ABŞ Xəzinədarlıq istiqrazlarına yatırılmasını şərtləndirən sistem, müharibənin hər iki tərəfindən zərbələr nəticəsində dayanıb. Mərkəzi banklar hazırda Amerika istiqrazlarından daha çox qızıl saxlayır.













