"Hizbullah" İsrail hərbi gəmisini qanadlı raketlə vurdu
Livanın "Hizbullah" hərəkatı Aralıq dənizində İsrail Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisinə qarşı uğurlu raket hücumu həyata keçirdiyini bəyan edib.
Livanın "Hizbullah" hərəkatı Aralıq dənizində İsrail Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisinə qarşı uğurlu raket hücumu həyata keçirdiyini bəyan edib.
İraqa məxsus neft tankeri Hörmüz boğazından keçib.
Bu barədə “Al Jazeera“ məlumat yayıb.
Məlumata görə, İraq xam nefti ilə yüklənmiş tanker İran sahillərinə yaxın ərazidə Hörmüz boğazından keçərkən müşahidə olunub.
“Marine Traffic” izləmə sisteminə görə, “Ocean Thunder” gəmisi bir qədər əvvəl Oman körfəzinə gəlib.
İlahiyyatçı Hacı Tale Bağırzadə Amerika və İsrailin təcazüvünə rəşadətli müqavmət göstərən İran və xalqına ünvanlı paylaşım edib. Həbsxanadan ünvanlanan paylaşımda, İran xalqının mətin mübarizəsi ilə yanaşı Azərbaycan xalqının da bu müharibədə mövqeyi əks edilib.
"Liverpul" bu mövsüm 15 oyunda məğlub olaraq antirekord müəyyənləşdirib.
Ötən gün Arne Slotun komandası İngiktərə Kubokunda "Mançester Siti"yə 0:4 hesabı ilə uduzub.
"Opta"-nın hesablamasına görə, bu, mersisaydlıların Brendan Rocersin (18) rəhbərliyi altında 2014/15 mövsümündən bəri ən pis göstəricisidir. Anoloji hal Yurgen Kloppun rəhbərliyi altında heç vaxt baş verməyib.
İran tərəfindən vurulan ABŞ Silahlı Qüvvələrinə məxsus C-130 hərbi nəqliyyat təyyarəsinin sayı ikiyə çatıb.
İran mediasının xəbərinə görə, bu barədə “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü bildirib.
Onun sözlərinə görə, ABŞ ordusunun iki C-130 hərbi nəqliyyat təyyarəsi və iki “Black Hawk” helikopteri İran HHM qüvvələri tərəfindən vurulub.
Həşduş-Şabinin 45-ci Briqadasına edilən hücumda bir nəfər həlak olub, dörd nəfər yaralanıb.
İraq Xalq Səfərbərlik Qüvvələri (Həşduş-Şabi) şənbə günü Əl-Cəzirə Əməliyyatlar Sektoruna daxil olan 45-ci Briqadanın Qaim rayonundakı sərhəd keçidində hücuma məruz qaldığını açıqlayıb.
Təşkilat hücum nəticəsində Həşdu-Şabinin bir üzvünün öldürüldüyünü və Müdafiə Nazirliyinin bir əməkdaşı da daxil olmaqla dörd nəfərin yaralandığını bildirib.
Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İraqın Hörmüz boğazında tətbiq olunan bütün məhdudiyyətlərdən azad edildiyini açıqlayıb.
Sözçü açıqlamasında İran xalqının mübarizədə tək olmadığını bildirərək deyib: "Biz meydanda ön cəbhədə olsaq da, İraqın şərəfli və müsəlman xalqının dəstəyi və qətiyyətli mövqeyi bizimlədir. Bu dəstək mübarizə əzmimizi artırmağa davam edir."
Yaxın Şərqdə davam edən genişmiqyaslı müharibə fonunda Avropanın mülki obyektlərinə-sinaqoqlara, yəhudi məktəblərinə və ABŞ-a məxsus banklara qarşı silsilə hücumlar başlayıb.
"Financial Times" (FT) nəşri bu hücumların arxasında cəmi bir ay əvvəl peyda olan "Əshab əl-Yəmin" (Sağ tərəfin adamları) adlı gizli qruplaşmanın dayandığını yazıb.
Qəzza zolağının Səhiyyə Nazirliyi son 48 saat ərzində davam edən hücumlar nəticəsində 2 nəfərin şəhid olduğunu, 25 nəfərin isə yaralandığını açıqlayıb.
Nazirlik bildirib ki, vəziyyət hələ də ağır olaraq qalır və bəzi yaralılar və həlak olan şəxslər dağıntılar altında qalmağa davam edir.
Rəsmi məlumata görə, bir sıra ərazilərdə təcili yardım və mülki müdafiə qrupları zərərçəkənlərə çata bilmir.
İran dronları Küveytin neft sektoru kompleksinə, enerji və dövlət obyektlərinə zərbələr endirib.
“Kuwait Petroleum Corporation”un (KPC) məlumatına görə, dron hücumundan sonra Şuveyxdə yerləşən və Neft Nazirliyi ilə KPC-nin baş ofisinin yerləşdiyi neft sektoru kompleksində yanğın baş verib.
İraqın paytaxtı Bağdadda və ölkənin müxtəlif şəhərlərində ABŞ və sionist rejimin İrana qarşı hücumlarına etiraz olaraq kütləvi aksiyalar keçirilib. Minlərlə insan Müqtəda əs-Sədrin çağırışına cavab verərək meydanlara çıxıb.
Etirazçılar xüsusilə Bağdadın Təhrir meydanında toplaşaraq hücumlara qarşı narazılıqlarını ifadə ediblər.
Məlumata görə, nümayişlərə qatılanlar yalnız paytaxtdan deyil, İraqın müxtəlif bölgələrindən gəlib.
İngiltərə Premyer Liqasının lideri "Arsenal" Kubokun 1/4 finalında "Sauthemqton"a 2:1 hesabı ilə məğlub olub.
Qonaqların qələbə qollarını Ross Stüart (35-ci dəqiqə) və Şi Çarlz (85-ci dəqiqə) vurublar. "Arsenal"ın heyətində Viktor Dyökereş (68-ci dəqiqə) fərqlənib.
5 apreldə "Vest Hem" 1/4 finalda "Lids"i qəbul edəcək.
Tbilisi polisi ötən gün gecə saatlarında Əfqan Sadıqovu saxlayıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovu Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsində (sosial şəbəkədə polis əməkdaşını təhqir etmə) nəzərdə tutulmuş əməli törətdiyinə görə qanun pozucusu kimi tanıyıb.



