Azərbaycan İranla nəqliyyat sahəsində yol xəritəsi hazırlayacaq
Azərbaycanla İran arasında avtomobil və dəmir yolları ilə yükdaşımaların həcminin artırılması, nəqliyyat infrastrukturunun inkişafı məsələləri müzakirə edilib.
Azərbaycanla İran arasında avtomobil və dəmir yolları ilə yükdaşımaların həcminin artırılması, nəqliyyat infrastrukturunun inkişafı məsələləri müzakirə edilib.
Açıqlanan statistik məlumatlara əsasən, “Muhammad” adı Avropada yeni doğulan körpələrə ən çox verilən adlar arasında liderdir.
Paytaxt şəhərlərdən Britaniyanın London, Almaniyanın Berlin, Belçikanın Brüssel, Niderlandın Amsterdam, Norveçin Oslo şəhərlərində “Muhəmməd” adı ən çox istifadə edilən körpə adıdır.
Əziz İslam peyğəmbəri həzrəti Muhəmməd peyğəmbərin (s) adı həmçinin Mançester Haaqa şəhərlərində də birinci yerdədir.
Norveçin sabiq Baş naziri Torbyorn Yaqland intihara cəhd edib.
Bu barədə “Faytuks Network” məlumat yayıb.
O, xəstəxanaya yerləşdirilib.
Birgə bəyanatda sərt mövqe
İordaniya, Səudiyyə Ərəbistanı, Braziliya, Fransa, Danimarka, Finlandiya, İslandiya, İndoneziya, İrlandiya, Misir, Lüksemburq, Norveç, Fələstin, Portuqaliya, Qətər, Sloveniya, İspaniya, İsveç və Türkiyənin xarici işlər nazirləri, eləcə də Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının baş katibləri sionist rejimin son qərarlarını ən sərt ifadələrlə pisləyiblər.
Təhlükəsizlik əməliyyatı keçirildi
Həşdüş-Şəbi (Xalq Səfərbərlik Qüvvələri) təhlükəsizlik və kəşfiyyat əməliyyatı nəticəsində Bəəs Partiyasının qalıqlarından ibarət şəbəkəni müəyyənləşdirərək saxladığını bəyan edib.
Qurumun açıqlamasına görə, sözügedən şəbəkə İraqın Kərkük vilayətində sabitliyi pozmaq və təhlükəsizlik mühitini sarsıtmaq məqsədilə təxribat xarakterli fəaliyyətlər planlaşdırırdı.
Amnistiya aktı indiyədək 18 355 şəxsə şamil edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktı indiyədək 18 355 şəxsə şamil edilib.
Bunu Binəqədi Rayon Prokurorluğunun yeni inzibati binasında “Açıq qapı günü” tədbirində Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Əliyev deyib.
Türkiyə Superliqasında 23-cü turun son oyunu keçirilib.
Turun son qarşılaşmasında "Fənərbağça" və "Kasımpaşa" üzə-üzə gəliblər.
Ev sahibləri turnir cədvəlinin son pillələrində qərarlaşan "Kasımpaşa"nın müqavimətini qıra bilməyiblər. Görüş qollu heç-heçə ilə yekunlaşıb - 1:1.
Bu gün Novruzun ilk çərşənbəsidir.
Fevral ayının 24-ü ilin ilk çərşənbəsi - Su çərşənbəsi qeyd olunur.
İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi Su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona "əzəli çərşənbə", "gül çərşənbə" də deyirlər.
Həbsxanalarda problemlərin yaşanması halları davam edir. Bu dəfə 2 saylı cəzaçəkmə müəssisəsində məhbusun görüş və azuqə alması ilə bağlı çətinlik yaranıb. Belə ki, siyasi məhbus İbrahimli Həbibin həmin müəssisədə qanuni görüş hüququ pozulub.
Əvvəlcədən razılaşdırılmış görüşə baxmayaraq, Lənkərandan gələn yaxınları müəssisəyə buraxılmayıb və ailə üzvləri geri qayıtmağa məcbur olublar. Müəssisə rəhbərliyi və səlahiyyətli şəxslər görüşün mümkün olmadığını bildiriblər.



