Activities calendar

15 December 2025

Türkiyə Gültəkin Hacıbəylinin deportasiya olunmasına qərar verib

Türkiyə Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin deportasiya olunmasına qərar verib.

Bu barədə Gültəkin Hacıbəyli özü sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, bu gün ona 5 il müddətinə Türkiyədən deport olunması ilə bağlı rəsmi qərar təqdim olunub.

Gültəkin Hacıbəyli qeyd edib ki, noyabr ayının 29-da Türkiyədə saxlanılaraq Arnavutköy Miqrasiya Mərkəzinə gətirilib.

Ölkədən çıxan valyuta artır, tədiyyə balansı mənfiyə düşür: manat risk altındadır?

Mərkəzi Bank 2025-ci ilin 9 ayı üzrə ölkənin ödəmələr balansı statistikasını açıqlayıb. Müstəqil ekspertlər hesab edirlər ki, bu göstəricilər milli valyutanın məzənnəsi ilə bağlı risklərin qiymətləndirilməsi baxımından son dərəcə mühüm makroiqtisadi məlumatlar təqdim edir. Çünki ölkəyə daxil olan və ölkədən çıxan xarici valyuta axınlarının həcmini, eləcə də bu giriş-çıxışların balansını məhz ödəmələr balansı vasitəsilə izləmək mümkündür.

Romada Fələstin üçün kütləvi etiraz; “Müqavimət Terrorizm Deyil”

İtaliyanın paytaxtı Romada minlərlə insan Qəzzadakı hadisələrə etiraz etmək üçün yürüş keçirib. Nümayişdə Fələstinlə həmrəylik mesajları diqqət çəkib.

Etirazçılar İtaliyanın Baş naziri Giorgia Meloni və onun hökumətini İsraili dəstəkləməkdə günahlandırıblar. "Siz ortaqsınız" mesajı olan bannerlər nümayiş etdirilib və İsrailə qarşı embarqo çağırışları edilib.

İsrailin Cənubi Livana zərbələri nəticəsində ən azı 3 nəfər həlak olub

Cənubi Livanda gərginlik yenidən artır

Sionist rejim ordusunun Cənubi Livana endirdiyi yeni hava zərbələri nəticəsində azı üç nəfər həlak olub. Hücumlar İsrailin atəşkəsi pozaraq ölkəyə qarşı “genişmiqyaslı” hərbi əməliyyatlara qayıda biləcəyi ilə bağlı hədələrindən sonra baş verib.