09 November 2023

Ağ Ev: İsrail Qəzzada döyüşlərə dörd saatlıq fasilə verəcək

Ağ Evdən bildiriblər ki, İsrail cümə axşamından başlayaraq hər gün Qəzzada hərbi əməliyyatlara dörd saatlıq fasilə verəcək.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbinin açıqlaması İsrail qüvvələrinin Qəzza şəhərində HƏMAS militantlarına qarşı savaşdığı və çox sayda fələstinlilərin ərazini tərk etdiyi vaxta təsadüf edir.

Yerdə cərəyan edən döyüşlərdən əlavə İsrail qüvvələri əraziyə havadan zərbələr endirməkdə davam edir.

AİHM jurnalist Kamran Mahmudovun hüquqlarının pozulduğu qənaətinə gəlib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) noyabrın 9-u Azərbaycanla bağlı 3 yeni qərarını elan edib. Məhkəmə jurnalist Kamran Mahmudovun hüquqlarının pozulduğu qənaətinə gəlib.

Kamran Mahmudov 2017-ci ildə Gürcüstana səfər edərkən sərhəd məntəqəsində saxlanılıb, daha sonra Qazax Rayon Polis Şöbəsinə aparılıb. Polis şöbəsindən eyni gündə sərbəst buraxılsa da, Mahmudovun ölkədən çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu bildirilir.

Keçmiş Ağ Ev rəsmisi Vaşinqtonun Yaxın Şərqdə “Müharibə Planı”nı ifşa etdi

Keçmiş Ağ Ev rəsmisi Paul Craig Roberts bəyan edib ki, ABŞ Yaxın Şərqdə yeni müharibələri alovlandırmaq üçün İsrail-Fələstin münaqişəsini genişləndirmək istəyir.

ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın hakimiyyəti dövründə Ağ Evdə çalışmış Pol Kreyq Roberts şəxsi internet saytında dərc olunan məqaləsində ABŞ-ın Yaxın Şərqdə yeni müharibələrə təkan verəcəyini bildirib.

"Biz çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu"

"Biz çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu".

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Daşkənddə görüşü zamanı deyib.

ABŞ-nin Suriyadakı bazası dron hücumuna məruz qalıb

ABŞ-nin Suriyanın Həsəkə mühafəzəsinin Şəddadə şəhərindəki hərbi bazası dron hücumuna uğrayıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, obyektin ərazisində bir neçə partlayış olub.

Hücuma görə məsuliyyəti “İraqın İslam Müqaviməti” şiə hərəkatı üzərinə götürüb. Noyabrın 7-də onun yaraqlıları Suriyanın Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazasını iki dəfə atəşə tutub.

"Bayer" İsrailə dəstək oldu

Dünyanın nəhəng əczaçılıq şirkətlərindən biri olan "Bayer" Almaniyadakı qərargahında İsrail bayrağı asıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, beləliklə, Bayer İsraili dəstəklədiyini açıq şəkildə bəyan edib. 

1863-cü ildə Almaniyada qurulan Bayer 1954-cü ildən Türkiyədə fəaliyyət göstərir.

Şirkətin İsrailə dəstəyi böyük əks-səda doğurub. 

“Qəzzanı bölmək planları qəbuledilməzdir”

Fələstin prezidenti Mahmud Abbas İsrailin işğalçı qüvvələrinin Qəzza zolağının bölünməsi planlarının qəbuledilməz olduğunu və Qəzzanın Fələstinin ayrılmaz hissəsi olduğunu bildirib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, Mahmud Abbas Hollandiya və Avstraliyanın baş nazirləri Mark Rutte və Antoni Albanese ilə ayrı-ayrılıqda telefonla danışıb.

ABŞ Senatı Mark Libbini Azərbaycanda səfir təyin edib

Çərşənbə günü ABŞ Senatı prezident Co Baydenin karyeralı diplomat Mark Libbinin ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini irəli sürməsini dəstəkləyib, Turan-ın Vaşiqnton müxbiri bildirib.

Ötən ilin yayından, Li Litsenberqerin bu postdan getməsindən bəri ABŞ-ın Azərbaycanda səfiri olmayıb. Bayden Libbinin namizədliyini keçən ilin mayında irəli sürüb, o vaxtdan Senat onun namizədliyini təsdiqləməmişdi.

Ərdoğan İƏT-i İsrailin Qəzza zolağındakı hərəkətlərinə qarşı səsini ucaltmağa çağırıb

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələri İsrailin Qəzza zolağındakı hərəkətlərinə qarşı səs qaldırmağa çağırıb.

"500 milyon əhalisi və ümumi gəliri 1,5 trilyon dollar olan iqtisadi əməkdaşlıq Təşkilatı, şübhəsiz ki, mühüm mövqe tutur. Əgər biz bu gün həm İƏT, həm də müsəlman kimi səsimizi ucaltmasaq, onu nə vaxt ucaldacağıq?",- deyə Türkiyə lideri Cümə axşamı Daşkənddə iqtisadi əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı Sammitində çıxış edərkən bildirib.

Pentaqondan xəbərdarlıq: "Yaxın Şərqdə böyük eskalasiya başlayacaq"

"Yaxın Şərqdə böyük eskalasiya başlayacaq".

Operativtv.com Aktual.ge-yə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin Yaxın Şərq üzrə nümayəndəsi Dana Struhl deyib.

O, buna səbəb kimi, Rusiyanın zenit-raket sistemlərinin "Hizbullah"a tədarükünü göstərib: “Belə bir ssenari böyük eskalasiya ilə nəticələnəcək”.