07 November 2023

“Demokratik Azərbaycanı Seç” təşkilatı Azərbaycanda insan hüquqlarının pozulmasını pisləyən bəyanatla çıxış edib

"Demokratik Azərbaycanı Seç" Təşkilatı (DAS) Azərbaycanda insan haqlarının pozulmasını kəskin pisləyən bəyanatla çıxış edib.

Təşkilatın ümumi yığıncağının noyabrın 4-də qəbul etdiyi bəyanatda ölkədə mövcud “avtoritar rejim altında insan hüquqlarının davamlı və geniş şəkildə pozulduğu” vurğulanır.

Vaqif Xaçatryana 15 il həbs cəzası verilib

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

 Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Vaqif Xaçatryan 15 il müddətinə azadlıqdan məhrum olunub.

Türkiyədən İsrailə dəstək verən şirkətlərin məhsulları ilə bağlı göstəriş

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun göstərişi ilə İsrailə dəstək verən şirkətlərin məhsullarının TBMM şəhərciyindəki restoran, bufet və çayxanalarda satılmamasına qərar verilib.

Türkiyə Böyük Millət Məclisindən verilən bəyanatda TBMM-nin Qəzzada günahsız insanları qətlə yetirən İsrailin hərbi cinayətlərinə dəstək verdiyini açıq şəkildə bəyan edən şirkətlərin məhsul və mallarını boykot etməyə qərar verdiyi bildirilib.

Bəxtiyar Hacıyevə daha bir ittiham irəli sürülüb

 İctimai fəal, İstintaq Təcridxanasında saxlanılan Bəxtiyar Hacıyevə yeni ittiham irəli sürülüb, vəkil Elçin Sadıqov Turan-a bildirib.

Belə ki, ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən, işsizlik, icbari tibbi və sosial sığorta üzrə sığorta ödənişlərdən yayınma) maddəsilə ittiham irəlü sürülüb.

Vəkil qeyd edib, əvvəlkilər kimi yeni ittihamın da heç bir əsası yoxdur və saxtalaşdırılıb.

Pentaqon: ABŞ bazalarına edilən hücumlarda 45 nəfər yaralanıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İraq və Suriyadakı bazalarına edilən hücumlarda 45 əsgər və işçinin yaralandığını bildirib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) açıqlamasında ABŞ-ın İraq və Suriyadakı bazalarına hücumlarla bağlı yeni məlumatlar paylaşıb.

Açıqlamada oktyabrın 17-dən bəri Suriya və İraqdakı ABŞ bazalarına qarşı ümumilikdə 35 hücumun təşkil edildiyi bildirilib.

Pakistanda neft zavoduna hücum olub, ölən və yaralananlar var

Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində neft şirkətinin zavoduna silahlı hücum nəticəsində 2 polis əməkdaşı həlak olub, 3-ü yaralanıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə «Xinhua» agentliyi məlumat yayıb.

Məlumata görə, ən azı 20 silahlı yaraqlı zavoda girməyə cəhd göstərib.

AzadlıqRadiosuna yeni prezident təyin olunub

Azad Avropa/Azadlıq Radiolarının (RFE/RL) Direktorlar Şurası amerikalı media meneceri Stiven Kapusu (Stephen Capus) şirkətin prezidenti vəzifəsinə təyin edib. O, 2024-cü il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq.

Kapusun jurnalistika, prodüserlik və media menecmenti sahəsində 40 ildən çox təcrübəsi var, onun azı 25 ilini rəhbər vəzifələrdə çalışıb. 2005-ci ildə NBC News-un prezidenti, 2014-cü ildə CBS News-un icraçı redaktoru olub.

Fransa Qəzzaya üç təyyarə ilə yardım göndərib

 

Yüksək səviyyəli rəsmilər bildiriblki, Qəzzaya 54 ton yardım daşıyan üç Fransa təyyarəsi bu həftə sonu Misirə çatıb və Fransanın Aralıq dənizinin şərqində dəyişən vəziyyətə cavab verməyə hazır olan üç dəniz gəmisi mövcuddur.

Bu açıqlamalar Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Dohaya səfəri zamanı “dərhal humanitar atəşkəsə” çağırışı və münaqişənin bölgədə genişlənməsinə imkan verməmək barədə xəbərdarlıq etdiyi bir vaxt verilib.

Ənsarullahdan İsrailə raket hücumu

Yəmən Ənsarullah Hərəkatı bir aydır Qəzzanı güclü bombardman edən İsrail rejiminə raket hücumu edib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Yəhya Səri: “Yəmən Silahlı Qüvvələri, Allahın köməyi ilə, son bir neçə saat ərzində müxtəlif və həssas hədəflərə pilotsuz uçuş aparatı ilə hücumlar həyata keçirib, bu hücumlar İsrailin işğal altında saxladığı torpaqlarında həyata keçirilib. Əməliyyat nəticəsində, hədəf alınan əsas və hava limanlarında bir neçə saat hərəkətlilik dayanıb.