18 May 2023

Fanatik yəhudilər yenidən Məscidül-Əqsaya basqın edib

İfrat sağçı sionist mühacirlər bu gün səhər bayraq yürüşü adı altında işğal altındakı Şərqi Qüdsdə Məscidül-Əqsaya basqın ediblər.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Ərəb mediasına görə, İfrat sağçı sionist mühacirlər bu gün səhər bayraq yürüşü adı altında işğal altındakı Şərqi Qüdsdə Məscidül-Əqsaya basqın ediblər.

Fanatik yəhudilər yenidən Məscidül-Əqsaya basqın edib

İfrat sağçı sionist mühacirlər bu gün səhər bayraq yürüşü adı altında işğal altındakı Şərqi Qüdsdə Məscidül-Əqsaya basqın ediblər.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Ərəb mediasına görə, İfrat sağçı sionist mühacirlər bu gün səhər bayraq yürüşü adı altında işğal altındakı Şərqi Qüdsdə Məscidül-Əqsaya basqın ediblər.

Sudanda toqquşmalarda ölənlərin sayı 833-ə çatıb

Sudanda ordu ilə Çevik Cavab Qüvvələri (xüsusi təyinatlılar) arasında baş verən qarşıdurmalarda həlak olan mülki şəxslərin sayı 833-ə yüksəlib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Sudanın Həkimlər Komitəsi məlumat yayıb.

“Toqquşmalar nəticəsində ölən mülki vətəndaşların sayı 833-ə çatıb, 3 329 nəfər yaralanıb”, - “Əl-Cəzirə” telekanalı təşkilatın məlumatına istinadən bildirib.

Lavrov: “Taxıl sazişi”nin uzadılması Türkiyədəki daxili siyasi hadisələrlə bağlı deyil

"Taxıl sazişi"nin uzadılması Türkiyədəki daxili siyasi hadisələrlə bağlı deyil.

Operativtv.com  APA-nın Moskva müxbirinə istinadla xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov uqandalı həmkarı ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

"Taxıl sazişi" məsələləri Türkiyədəki daxili siyasi hadisələrlə heç cür bağlı deyil", - deyə Rusiya XİN başçısı vurğulayıb.

“Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı şəhəri, Nəsimi rayonu “Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edib.

Komitədən verilən xəbərə görə, Dövlət Komitəsi sədrinin əmri ilə bu vəzifəyə Elnarə Orucova təyinat alıb. E.Orucova İslam dininə aid ibadət yerlərinə qadın dini ayinlərin icraçısı vəzifəsini tutmaq üçün Dövlət Komitəsinin cari ilin 13-15 fevral tarixlərində təşkil etdiyi müsahibədən yüksək bal toplayaraq uğurla keçib.

Ölkədə azlıqların bayrağını qaldıran Böyük Britaniya səfirliyinin addımı etirazla qarşılanıb

Ötən gün Azərbaycanda LGBT bayrağının dalğalandırılması böyük narahatlıq doğurub. Belə ki, Böyük Britanıyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Beynəlxalq Homofobiya, Transfobiya və Bifobiya ilə Mübarizə gününə dəstək olaraq “LANDMARK” otel önündə LGBT-lərə aid olan bayraq bina önündə qaldırılıb. Bakının mərkəzində bütün rəsmi idarələrin gözləri önündə baş verən bu hadisə bütün hüquqi addımları ayaq altına alsa da, görünür “313” rəqəmini belə  dini şüar hesab edən Azərbaycan polisini bu qətiyyən narahat etməyib.

Medvedev: Baltikyanı ölkələr bizim əyalətlərimizdir, Polşa müvəqqəti işğal altındadır

Rusiyanın keçmiş baş naziri Dmitri Medvedev açıqlamasında üç Baltikyanı ölkəni "bizim" adlandırıb və Polşanın "müvəqqəti olaraq işğal altında olduğunu" iddia edib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və keçmiş baş nazir Dmitri Medvedev verdiyi açıqlamada Baltikyanı ölkələrin Rusiyaya aid olduğunu iddia edib. Medvedev Tvitter hesabında yazdığı paylaşımda Litva, Latviya və Estoniyanı "bizim əyalətlərimiz" adlandırıb və bu ölkələrin Ukrayna müharibəsi zamanı "özlərini murdarladıqlarını" iddia edib.

Səudiyyə Ərəbistanı və Suriyanın xarici işlər nazirləri görüşüb

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın xəbərinə görə, mayın 19-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilməsi gözlənilən 32-ci Ərəb Liqası Liderlər Zirvəsi üçün nazirlərin hazırlıq iclasının kənarında, Səudiyyə Ərəbistanı Xarici Nazir Bin Fərhan və suriyalı həmkarı Miqdad bir araya gəldi.

Görüş zamanı Suriya böhranı və bölgədəki son hadisələr, həmçinin ortaq əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib.

Avropa Liqasında finalçılar bəlli olur

Bu gün UEFA Avropa Liqasında finalçılar bəlli olacaq.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, yarımfinalın cavab oyunlarından sonra həlledici görüşə vəsiqə qazanan komandalar müəyyənləşəcək.

İlk oyunda İtaliyada “Yuventus”la 1:1 hesablı heç-heçəyə razılaşan “Sevilya” bu dəfə rəqibini İspaniyada qəbul edəcək. “Ramon Sançes Pisxuan” stadionunda oynanılacaq qarşılaşmanın baş hakimi niderlandlı Denni Makkeli olacaq.

Dövlət Departamenti bildirir ki, ABŞ Əlizamin Salayevin işini "diqqətlə" izləyir

Operativtv.com Turan-a istinadən çərşənbə günü Dövlət Departamenti Azərbaycanda qanunsuz həbsinə etiraz əlaməti olaraq yüz gündür aclıq edən müxalif fəal Əlizamin Salayevin işini "diqqətlə izləməyə davam edəcəyini" bəyan edib. Xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Xalq Cənhəsi Partiyasının üzvü olan Salayev fevralda "xuliqanlığa" görə həbs edilib. O, bu iddianı qətiyyətlə təkzib edir və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir.

Sudanda döyüşlər BMT-nin 3 milyard dollarlıq yardım çağırışı etməsinə gətirib çıxarıb

Birləşmiş Millətlər Təşkilatı çərşənbə günü ötən ay Sudanda başlayan münaqişənin təsirinə məruz qalanlar üçün 3 milyar dollarlıq yardıma çağırış edib.

BMT-nin humanitar agentliyi hələ də Sudanda olanlara yardım etmək üçün 2.6 milyard dollara ehtiyacının olduğunu deyib və bildirib ki, ölkədə 25 milyon insanın humanitar yardım və qorunmaya ehtiyacı var.