Bu gün ruhani Sərdar Hacıhəsənlinin növbəti məhkəmə iclası keçirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmə iclası qapalı olub. Prosesdə ifadə verən bəzi şahidlər Maide.Az-a bildiriblər ki, onların ilkin istintaqa verdikləri ifadələr dəyişdirilib. İfadələrdə Şeyx Sərdar Hacıhəsənlinin əleyhinə fikirlər yer alıb və imzaları saxtalaşdırılıb.
Məhkəmə prosesində şahidlər onların adından təqdim olunan təhrif olunmuş ifadəni təkzib ediblər.
Həmin şahidlər onların adından çəkilmiş imzaların ekspertizaya təqdim olunması tələbini irəli sürüblər.
Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli həbsini İranla Azərbaycan arasında gərginləşən münasibətlərlə bağlı olduğunu bildirir. Özünü təqsirli bilmir və ittihamları qətiyyən qəbul etmir. Ifadə verməkdən də imtina edir.
Xatırladaq ki, növbəti məhkəmə iclası iyun ayının 1-i, saat 15:30-da keçiriləcək.