Ölkədə azlıqların bayrağını qaldıran Böyük Britaniya səfirliyinin addımı etirazla qarşılanıb

Ötən gün Azərbaycanda LGBT bayrağının dalğalandırılması böyük narahatlıq doğurub. Belə ki, Böyük Britanıyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Beynəlxalq Homofobiya, Transfobiya və Bifobiya ilə Mübarizə gününə dəstək olaraq “LANDMARK” otel önündə LGBT-lərə aid olan bayraq bina önündə qaldırılıb. Bakının mərkəzində bütün rəsmi idarələrin gözləri önündə baş verən bu hadisə bütün hüquqi addımları ayaq altına alsa da, görünür “313” rəqəmini belə  dini şüar hesab edən Azərbaycan polisini bu qətiyyən narahat etməyib. Viyana konvensiyasına görə səfirlik yalnız ona aid olan inzibati binanın sərhədləri daxilində hər hansı bir təşəbbüslə çıxış edə biləcəyi halda Böyük Britaniya səfirliyi buna məhəl qoymadan öz iyrənc addımını səfirlik sərhədlərindən çıxararaq otel önünə qədər yüksəldə bilib. Maraqlı tərəf olaraq otel rəsmləri buna etiraz etmək əvəzinə yalnız bu işin onlarla heç bir əlaqəsi olmadığını söyləməklə kifayətlənib. Görəsən “LANDMARK” otel bütün bayraqlara qarşı belə səbr nümayiş etdirir, yoxsa burada hansısa xüsusi bir maraq bu olaya oteli susmağa məcbur edir?

Məsələnin dövlət orqanlarından susqun reaksiyasi bu addımın arxasında planlı layihənin durduğunu söyləməyə əsas verir. Ölkədə məhdudlaşan din, həbs olanan inanclıların reperesiyaya məruz qalmasının səbəbi yavaş-yavaş özünü göstərməkdədir.