Azərbaycan birinciliyində 362 taekvondoçu mübarizə aparacaq

Uşaq taekvondoçular arasında keçiriləcək Azərbaycan birinciliyində 362 idmançı mübarizə aparacaq.

Yarışa aprelin 3-də start veriləcək.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda üç gün davam edəcək və ilk dəfə təşkil olunacaq birincilikdə 285 oğlan, 77 qız idmançı qüvvəsini sınayacaq.

Həm oğlanlar, həm də qızlar 10 çəki dərəcəsi üzrə qalibləri müəyyənləşdirəcəklər.

 

Report.az