Bakı Apellyasiya Məhkəməsi oktyabrın 7-də hakim Mirəzli Abbasovun sədrliyi ilə vəkil Fariz Namazlının Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) şikayətinə Səbail rayon Məhkəməsinin baxmaqdan imtina etməsi barədə şikayətini təmin edib.
Apellyasiya məhkəməsi Səbail Rayon Məhkəməsinin qərarını əsassız sayıb. Şikayətə mahiyyəti üzrə baxılması üçün yenidən Səbail Rayon Məhkəməsinə qaytarıb.
“Mən şikayətimə mahiyyəti üzrə baxılmasını istəyirəm. Bu mənada Səbail Rayon Məhkəməsinin işə mahiyyəti üzrə baxmadan şikayətimi geri qaytarması qanunsuzdur. Səbail Rayon Məhkəməsi şikayətə mahiyyəti üzrə baxmadan geri qaytarıb və yazıb ki, şikayət məhkəmə nəzarətinin predmeti deyil. Mən də şikayət vermişdim ki, Səbail Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxmalıdır”, o qeyd edib.
Vəkilin şikayətində deyilir ki, avqustun 31-də Bakı vaxtı ilə saat 21 radələrində dostlarıyla kafedə olduğu zaman saxlanılıb, DTX-ya aparılıb və 3 saatdan artıq orada şahid qismində dindirilib.
“Şahid qismində dindirilsəm də, şübhəli şəxs kimi aparılmışam”, o qeyd edib.
Namazlının fikrincə, öncədən heç bir çağırış olmadan, iş vaxtından sonra saxlanılması, telefonunun əlindən alınması tutulmağa bərabərdir.
“Əgər mənim şahid kimi dindirilməyimə zərurət vardısa, iş vaxtında, öncədən məni məlumatlandırmaqla DTX-ya dəvət edə bilərdilər. Məni tutub aparıblar, telefonumu götürüblər. O müddətdə telefonum DTX əməkdaşlarında olub. Mən şahid qismində dindirilsəm də, şübhəli şəxs kimi aparılmışam. Mənə qarşı baş verənlər, əslində, tutulmağa bərabərdir”, o qeyd edib.
Vəkil DTX əməkdaşlarına məxsus avtomobildə, onların əhatəsində aparılıb. O deyir ki, oraya çatanadək niyə aparıldığını bilməyib və tutulduğunu düşünüb.
Namazlının şikayəti üzrə sentyabrın 24-də Səbail Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. Hakim Azər Tağıyev şikayəti icraata götürüb araşdırmaqdan imtina edib. Vəkil bu qərardaddan apellyasiya şikayəti verib.
Vəkil məhkəməyə şikayətində Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 8-ci (şəxsi həyata hörmət hüququ), 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozuntusunun tanınmasını istəyib.
Sentyabrın 1-də vəkilin özü sosial media hesabında açıqlama yayaraq DTX-da sorğulanan bir cinayət işi üzrə şahid qismində dindirildirildiyini təsdiqləyib və əlavə edib ki, dindirildiyi cinayət işi barədə hər hansı bilgi verə bilməyəcək.
Namazlının saxlanılması və dindirilməsi ilə bağlı məlumatlara DTX münasibət bildirməyib.
Amerikanın Səsi
Apellyasiya Məhkəməsi vəkilin DTX-da dindirilməsi barədə məhkəmə qərarından şikayətini təmin edib