Amerika İranın Oman körfəzində ona məxsus neft tankerini ələ keçirdiyini iddia edir

ABŞ Hərbi Dəniz Qüvvələri cümə axşamı günü iddia edib ki, İran İslam Respublikasının İnqilab Keşikçilərinə ABŞ-a məxsus Oman körfəzində Marşal Adaları bayrağı altında üzən neft tankerini ələ keçirib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərqdə yerləşən beşinci donanması bu gəminin adını “Advantage Sweet” olaraq açıqlayıb və bu iddiaları irəli sürüb ki, “Aprelin 27-də yerli vaxtla 13 radələrində Marşal Adaları bayrağı altında “Advantage Sweet” neft tankeri Oman körfəzindəki beynəlxalq suları tərk edərkən İran İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələri tərəfindən keçərkən ələ keçirilib. Bu tanker ələ keçirildiyi zaman yardım mesajı verdi. ABŞ-ın 5-ci donanması vəziyyəti yaxından izləyir. İranın hərəkətləri beynəlxalq hüquqa ziddir və regionun təhlükəsizliyini və sabitliyini pozur. İran hökuməti tankeri dərhal azad etməlidir”.

Bəzi beynəlxalq media xəbərlərinə görə, MarineTraffic.com-dan gəminin peyk izləmə məlumatı göstərir ki, tanker cümə axşamı axşam Oman körfəzində, Omanın paytaxtı Maskatın şimalında olub və tanker Küveyti yenicə tərk edib və hədəfinə Hyuston, Texasa doğru gedir.