Ali Rəhbər Ayətullah Xamenei başsağlığı verib

Ali Dini Rəhbər Ayətullah Xamemei Ayətullah Süleymaninin sui-qəsd nəticəsində şəhadəti ilə bağlı başsağlığı verib.
Operativt.com Maide.Az-a istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
"Allahın adı ilə!
Sui-qəsd nəticəsində şəhadətə ucalan mərhum Höccətül-islam cənab Hacı Şeyx Abbas Əli Süleymaninin ailəsinə və yaxınlarına başsağlığı verirəm. O, uzun illər Ekspertlər Məclisinin üzvü eləcə də, Zahidan və Kaşan şəhərlərinin imam-cüməsi olub. Mərhum ömrü boyu həmişə İslam Respublikası sisteminin xidmətində dayanıb. Allah-Taaladan onun üçün yüksək dərəcələr, xidmətlərini qəbul etməsini diləyirəm."