Ağ Ev iqtisadçısı: “Çin dolların ehtiyat valyuta kimi zəifləməsini istəyir”

Çin beynəlxalq ehtiyat valyutası kimi dolların zəiflədiyini görmək istəyir.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bunu Ağ Evin iqtisadçısı Jared Bernşteyn deyib.

Onun sözlərinə görə, Çin dolların beynəlxalq ehtiyat valyutası kimi zəiflədiyini görmək istəyir və Konqres dolların dəyərini qorumaq üçün ABŞ-ın borc tavanını artırmalıdır.

“Dolların ehtiyat valyuta statusunu saxlamasına kömək etmək və həmçinin dolların dəyərini qorumaq üçün həqiqətən edə biləcəyimiz yeganə şey borc limitini artırmaq olardı”.