ABŞ Maliyyə Naziri: BRİKS ölkələri dollardan uzaqlaşmağa cəhd edə bilər

ABŞ Maliyyə Naziri Bessent bəyan edib ki, BRİKS ölkələri dollardan uzaqlaşmağa cəhd edə bilər, lakin o, dolların ehtiyat valyuta statusunu qoruyacağına əmindir.

BRİKS ölkələri dollardan istifadədən uzaqlaşmağa cəhd edə bilər, lakin yaxın gələcəkdə dünyada yeni ehtiyat valyuta olmayacaq, ABŞ-ın maliyyə naziri Scott Bessent Fox News-a bildirib.

Dünyada dolların rolunun mümkün azalması və BRİKS ölkələrinin dollardan uzaqlaşmaq istəyi ilə bağlı suala Bessent belə cavab verib: “Digər ölkələr dollardan uzaqlaşmaq barədə danışa bilər, bizim ehtiyat valyuta statusumuzu əlimizdən almağa cəhd edə bilərlər. Amma üfüqdə başqa ehtiyat valyuta yoxdur” deyə cavab verib.

Bessent, həmçinin dünyada dollara alternativin hələ də olmadığını və onun ehtiyat valyuta statusunu qoruyacağına əmin olduğunu vurğulayıb.