"ABŞ Gürcüstanda hakimiyyət dəyişikliyi planlaşdırır" - Rusiya kəşfiyyatı

Rusiya Xarici Kəşfiyyat Xidmətinə (SVR) daxil olan məlumatlar göstərir ki, Vaşinqton oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrindən sonra Gürcüstanda hakimiyyət dəyişikliyinə cəhd etməkdə qərarlıdır. 

Bu barədə SVR-in mətbuat bürosu məlumat yayıb. 

"Bayden administrasiyası artıq hakim “Gürcü Arzusu” partiyasını gözdən salmaq üçün genişmiqyaslı məlumat kampaniyası hazırlayıb", - hesabatda deyilir.

Qeyd olunur ki, Gürcüstan prezidenti Salome Zurabişvili hökumət əleyhinə əhval-ruhiyyənin qızışdırılmasında əsas rol oynaya bilər. SVR onu da bildirdi ki, amerikalı “kuratorlar” artıq Gürcüstandakı müxalifətə parlament seçkiləri ilə bağlı etiraz aksiyaları planlaşdırmaq əmri veriblər.

 

Unikal.az