Abbas Hüseynin Apellyasiya məhkəməsi davam edəcək

Mayın 30-da Bakı Apellyasiya Məhkəməsində Abbas Hüseynin şikayəti əsasında məhkəmə iclası davam edəcək. İlqar Murquzovun sədrliyi ilə baş tutan ötən iclasda Abbas Hüsen ona qolları qandallanaraq verilən işgəncədən danışıb. Qollarında işgəncə əlamətlərini göstərən ictimai fəal ona qarşı 1 illik Qobustana göndərilmə qərarını qeyri qanuni adlandırıb. Mayın 30-na təyin olunan məhkəmə saat 12:30-da keçiriləcək.

Məlumat üçün deyək ki, aprelin 27-də 1 saylı cəzaçəkmə müəsisəsində Abbas Hüseynin iltizam qaydalarının tez-tez pozması səbəbi ilə məhkəməsi keçirilib. Məhkəmə Abbas Hüseyni 1 illik Qobustan Qapalı həbsxanasına köçürülməsi barəsində qərar qəbul edilib. Abbas Hüseyn qərarla razılaşmadığını bildirərək bununla bağlı apellyasıya şikayəti verib. Mayın 24-də apellyasiya şikayəti ilə bağlı ilk tanışlıq iclası baş tutmuşdu. Müdafiə tərəf olaraq vəkili Fəxrəddin Mehdiyev A. Hüseynin hüquqlarını qoruyur.