Əvəz Zeynallının Apelliyasiya Məhkəməsi olub

Bu gün Bakı Apellyasiya Məhkəməsində Xural Media Qrupunun rəhbəri Əvəz Zeynallının məhkəməsi baş tutub. Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə Əvəz Zeynallının istintaq müddətinin daha 3 ay uzadılması ilə bağlı Binəqədi rayon məhkəməsinin verdiyi qərardan apellyasiya şikayətinə baxılıb. Hakim vəsadəti təmin etməyib.

Xatırladaq ki, sentyabrın 22-si məhkəmə Əvəz Zeynallı barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarmışdı. 4 ay bitdikdən sonra müddət 3 ay da artırılıb. Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə ittiham irəli sürülüb. Bu maddə ilə onu 8 ildən 12 ilədək həbs cəzası gözləyir. O, iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət almaqda ittiham olunur.