“Türkiyə İran və Rusiyaya qarşı birtərəfli sanksiyaları qəbul etmir”

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə günü G20 sammiti çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşündə Ankaranın yalnız BMT-nin təsdiq etdiyi sanksiyaları dəstəklədiyini və birtərəfli qaydada tətbiq olunan sanksiyaları qəbul etməyəcəyini vurğulayıb.

Mövlud Çavuşoğlu deyib: “Bu, təkcə Rusiya üçün deyil, biz İrana və ya heç bir ölkəyə qarşı sanksiyaları dəstəkləmirik”. Çavuşoğlu, Ankaranın ABŞ-ın Rusiyaya qarşı təzyiqlərinə müqavimət göstərə biləcəkmi sualına: “Biz heç kimə müqavimət göstərmək məcburiyyətində deyilik, müstəqil ölkə olaraq qərarlarımızı verəcəyik” deyə cavab verib.

Dünən Hindistanın paytaxtı Yeni Dehlidə başlayan G20 Sammiti bu gün həmin qrup üzvlərinin xarici işlər nazirlərinin iştirakı ilə davam edəcək.