Tunisdə Qannuşi 1 il müddətinə azadlıqdan məhrum edilib

   Tunisdə Ennahda Hərəkatının lideri və parlamentin keçmiş sədri Rəşid əl-Qannuşi "təhlükəsizlik qüvvələrini təhqir etmək" ittihamı ilə bir il müddətinə azadlıqdan məhrum edilib.

Tunis Asliyə Məhkəməsindən verilən açıqlamaya görə, təhlükəsizlik qüvvələrini "tağutun əsgərləri" adlandırdığı səbəbiylə açılan böhtan iddiası çərçivəsində mühakimə olunan Qannuçi min dinar (330 dollar) cərimə və bir il müddətinə azadlıqdan məhrum edilib.