“Sadiq vəd” əməliyyatı sionist hegemonluğunu məhv etdi

İranın kəşfiyyat naziri Seyid İsmayıl Xətib bəyan edib ki, “Sadiq vəd” əməliyyatı uşaq qatili, cinayətkar və işğalçı rejimi sərt şəkildə cəzalandırıb.

O, dərc etdiyi mesajda İnqilab Keşikçiləri Ordusunun rejimə qarşı əməliyyatını təbrik edib.

“İran Silahlı Qüvvələrinin həyata keçirdiyi cavab əməliyyatı bölgədəki qeyri-qanuni rejimin qətllərinə cavab olaraq həyata keçirilib. Bu əməliyyat təkcə uşaq qatil rejiminin hərbi qüdrətini yox, həm də Qərb rəsmilərinin və bu saxta rejimin tərəfdarlarının hegemonluğunu məhv etdi.

“Sadiq vəd” əməliyyatı uşaq qatil rejimini sərt şəkildə cəzalandırdı, Qərbin ikiüzlülüyünü və ikili standartlarını, həmçinin İslam İnqilabının müstəqilliyini, İran silahlı qüvvələrinin qabiliyyətini, qətiyyətini və gücünü bir daha ifşa etdi”.