Prokurorluq Hacı Şahinin ölümü ilə bağlı araşdırma başladı

Hacı Şahin Həsənlinin ölümü ilə bağlı araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Çoxsaylı yaranan suallar, səhhətində problem olmasına baxmayaraq xəstəxana şəraitində müalicə almadan evə buraxılmaq bu işdə yaranan şübhələrdəndir.

Bildirilib ki, 1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.