Pakistanda silahlı hücum - 3 hərbçi öldürüldü

Pakistanın Hayber Paxtunxva vilayətində silahlılar hərbçilərə hücum edib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb.

Qarşıdurmada 3 əsgər həyatını itirib, 7 yaraqlı zərərsizləşdirilib.

Təhlükəsizlik qüvvələri qarşıdurma nəticəsində öldürülən 7 silahlının silah və sursatını müsadirə edib.