Pakistan Rusiya bazarına birbaşa çıxış əldə edib

Pakistan İslam Respublikası ilə dəniz ticarəti əlaqələri açan Rusiya bazarına birbaşa çıxış əldə edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bunu Pakistanın dənizçilik naziri Seyid Feysal Sabzvari deyib.

“Rusiya bayraqlı konteyner gəmisinin Kəraçiyə gəlməsi Pakistan üçün əlamətdar nailiyyətdir. Ölkənin ticarət şirkətləri artıq Rusiya bazarına birbaşa çıxış əldə edirlər”, - deyə o bildirib.

Sabzvarinin sözlərinə görə, Pakistan mallarının Rusiyaya birbaşa ixracı iki ölkə arasında işgüzar əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.

Aprel ayında İslamabad və Moskvanın əldə etdiyi razılaşma çərçivəsində Rusiya neftini daşıyan ilk tankerin iyunun əvvəlində Pakistana çatması planlaşdırılır. Rusiya neftinin Pakistana tədarükünün bir barel üçün 16-18 dollar endirimlə sutkada 100 min barelə çatacağı gözlənilir. Rusiyadan neft ixracına görə ödənişlər Çin yuanı ilə həyata keçiriləcək.