Pakistan HHQ Əfqanıstan ərazisinə hava zərbələri endirməyə başlayıb

 Pakistan Ordusunun Hərbi Hava Qüvvələri “Tahrik Taliban Pakistan” (TTP) birləşməsinə hava zərbələri endirməyə başlayıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir.

Bildirilib ki, Pakistanın hərbi təyyarələri bu gün səhərdən başlayaraq Əfqanıstanın Nəngərhar əyalətinin Goşta rayonunun müxtəlif bölgələrinə aviazərbələr endirməyə başlayıb.

Taliban hökuməti hələ bu xəbərlərə münasibət bildirməyib.

Qeyd edək ki, TTP-nin ardıcıl hücumları və terror aktlarından sonra Pakistanın Milli Təhlükəsizlik Şurası birləşmənin Əfqanıstan ərazisindəki mövqelərini hədəfə alacağını bəyan etmişdi.