Normallaşmaya və ABŞ-ın regionda mövcudluğuna qarşı çıxmağa davam ediləcək

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Bəhreyn şiələrinin lideri Şeyx İsa Qasim Qasim Süleymani və Əbul Mehdi əl-Mühəndisin şəhadətinin üçüncü ildönümündə keçirilən anım mərasimində onların əsas cihadçı hərəkatlarının Amerikanın regionda hökmranlıq etmək planına qarşı çıxdığını bildirib.

Bəhreyn lideri Şeyx İsa Qasim mərasimdə deyib: “Müqavimət yolunda olan hər bir şəhid İslamın əzəmətinin şahididir, şəhidlər Süleymani və Əbu Mehdi əl-Mühəndis pak Məhəmmədi İslamın iki əlamətidir. Sərdar Süleymani və Əbu Mehdi əl-Mühəndisin İslama və insanlığa dərin baxışı var idi. Sərdar Süleymani və Əbu Mehdi əl-Mühəndisin böyük cihadçı hərəkatı Amerikanın bölgədə hökmranlıq etmək planına qarşı çıxdı. Sionist rejimlə münasibətlərin normallaşması və Amerikanın regionda mövcudluğuna qarşı müqavimət davam edəcək”