İsrail ordusunun Livana hücumları davam edir

İsrail ordusu Livanın cənubuna hava və artilleriya zərbələri endirib

İsrail hərbi aviasiyası bu gün səhər saatlarında Livanın cənubunda yerləşən Kəfərtəbnit qəsəbəsinə hava zərbələri endirib. Hücum eyni vaxtda ərazinin artilleriya atəşinə tutulması ilə müşayiət olunub.

Livan mənbələrinin məlumatına görə, İsrail qüvvələri Əl-Qəntərə qəsəbəsində güclü partlayış törədiblər.

Bundan əvvəl, gecəyarısından dərhal sonra Bəraşit qəsəbəsinin ətrafı artilleriya atəşinə məruz qalıb. Həmçinin İsrail qüvvələrinin Beyt Yahun və Bəraşit yaşayış məntəqələrinin ətrafını intensiv şəkildə pulemyot və iriçaplı silahlardan atəşə tutduğu bildirilir.