Əfqanıstanın şimal-şərqində yerləşən Kunar vilayətində məktəb yaxınlığında baş verən partlayış nəticəsində 7 şagird ölüb, 99 nəfərə qədər insan yaralanıb.
"Reuters" xəbər verir ki, bu barədə Talibanın Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Qani məlumat verib.
İlkin məlumata görə, partlayış məktəbin yaxınlığında yerləşən və mədən şirkətlərinə məxsus partlayıcı maddələrin saxlanıldığı anbarda baş verib.
Hadisə Əsədabad rayonunun Andarsir ərazisində qeydə alınıb. Hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma aparır.
Əfqanıstanda məktəbdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb, 99 nəfər xəsarət alıb