Netanyahudan kritik durum: O, Avropa ölkələrini İrana qarşı müharibəyə qoşulmağa çağırıb

İranı 3 günə çökdürəcəyi iddiası ilə çıxış edən İsrailin baş naziri Benjamin Netanyahu gərgin vəziyyətə düşməsini gizlətməyib. O, Avropa ölkələrinə müraciət edərək onları İrana qarşı müharibəyə qoşulmağa çağırıb.

Netanyahu bildirib: “İran tərəfi Dieqo Qarsiya bazasına qitələrarası ballistik raket atıblar, Avropanın dərinliklərinə çatmaq imkanları var. Digər ölkələrin liderləri də müharibəyə qoşulmalıdır.”

Son dövrlər İranın İsraili intensiz raket atəşinə tutması İsraildə ciddi dağıntılara səbəb olub. Sionist dövlət itkilər və dağıntılar haqqında məlumatı gizlətməyə çalışsa da, baş nazirin bu çağırışı vəziyyətin nə qədər kritik olmasına əyani sübutdur.