İran müdafiədən hücuma keçdi: “Düşməni sürprizlər gözləyir!”

İran İslam Respublikasının Silahlı Qüvvələri ABŞ və İsrail ilə mübarizə strategiyasını dəyişib.

Bu barədə İranın “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandanı general-mayor Əli Abdullahi bəyan edib.

O, düşmən üçün “yeni sürprizlərin” olacağını elan edib.

General Abdllahı əlavə edib ki, hazırkı müharibədə İran müdafiə strategiyasından hücum strategiyasına keçib və müharibəni etdirmə taktikası dəyişdirilib.

O vurğulayıb ki, İran ordusu mümkün olan ən effektiv şəkildə döyüşür.

“Gənc və məqsədyönlü iranlı alimlərin sayəsində İran ordsu düşmənin hesablamalarını poza biləcək müasir silahlar istehsal edir. Cinayətkar düşmənlər artıq bunu müəyyən dərəcədə anlayıblar və biz bu tendensiyanı davam etdirərək döyüş meydanında yeni sürprizlər təqdim edəcəyik”, – deyə o qeyd edib.

Xatırladaq ki, ABŞ-İsrail 28 fevralda İrana qarşı müharibə başladıb.