Sənin ideyaların və soyun Qiyamətədək yaşayacaq!

Bütün mənəvi-siyasi dünyasını babası İmam Hüseynin (ə.) mübarizəsini insanlara çatdırmaq üzərində qurmuş bir Liderin ölümü də elə məhz belə olmalıydı – övladlarıyla birgə savaşda və düşmənlərinin zərbəsiylə!
Babaları namərd düşmənə təslim olmadıqları, beyət etmədikləri kimi, o da şərəfli ölümü seçdi, ancaq özündən qat-qat güclü düşmənlərinə təslim olmadı, onların alçaldıcı şərtlərini qəbul etmədi!
Babası Hüseynin ölümü İslamı xilas etmiş, Ümməti ayıltmış və birləşdirmişdisə, Seyid Əli Xameneyinin də ölümü “Əhli-Beyt” tərəfdarlarının sığındığı və yaşadıqları İranı xilas etdi!
O İranı ki, həm də bizim tarixi vətənimizdir, hazırda ən çox azərbaycanlının yaşadığı bir dövlətdir, əksəriyyətimizin soyu-kökü həm də bura bağlıdır! Soysuzlar bunu anlamaz!
Məni ən çox üzən özünü “müsəlman” və “azərbaycanlı” sayan bəzilərinin Peyğəmbər (s.) soyundan olan, bizim dilimizdə danışan və həm də bizdən olan bir Liderin – dövlət başçısının alçaqcasına qətl edilməsinə sevinmələri, Ümmət düşmənləriylə eyni cinahda yer almalarıdır!
Eybi yox, həyat büsbütün imtahanlardan və seçimlərdən ibarətdir, ancaq hər kəsin imtahan olunacağı və seçimlərinə görə hesab verəcəyi o Günü unutmayın!
Ruhuna salam olsun, Seyid! Sənin ideyaların və soyun Qiyamətədək yaşayacaq!
Qətlin əqidədaşlarının - Yəhya Sinvarın, İsmayıl Haniyənin, Həsən Nəsrullahın... qətllərini bir daha xatırlatmaqla, yəqin ki, məzhəblərə bölünmüş Ümmətimizə növbəti ayıldıcı mesaj olacaq!
 
Elxan Şükürlü