Bir neçə gün öncə Lənkərandan 2 saylı cəzaçəkmə müəssisəsinə övladlarının görüşünə gələn ailə barədə məlumat vermişdik. Siyasi səbəblərlə həbs olunmuş Həbib İbrahimli müəssisə rəhbərliyi tərəfindən səbəbsiz olaraq görüşə buraxılmamasına etiraz etmiş və gətirilmiş azuqələri də qəbul etməmişdi.
Məsələ ondadır ki, görüşün vaxtı və iştirak edəcək şəxslərin kimliyi əvvəlcədən müəssisə rəhbərliyi ilə razılaşdırılıb. Lakin son anda müəssisə rəisi Vüsal Aslanov görüşün keçirilməsinin qarşısını almış, yalnız azuqənin qəbuluna icazə verib. Bu səbəbdən H. İbrahimli azuqəni də qəbul etməyib.
Xəbərin mətbuatda işıqlandırılmasından sonra müəssisə rəsmiləri məsələni həll edərək növbəti görüşün vaxtını və gələn şəxslərin kimliyini müəyyən edib, H. İbrahimliyə ailəsinin gəlməsinə icazə veriblər. Lakin Lənkərandan yenidən Bakıya gələn ailə 2 saylı müəssisə qarşısında növbəti dəfə eyni səhnə ilə üzləşiblər: müəssisə rəisi Vüsal Aslanov heç bir səbəb göstərmədən ailəni görüşə buraxmayıb.
Vüsal Aslanovla məhbuslar, xüsusən də şiə inanclıları arasında əvvəllər də problemlər yaşanıb və mətbuat bu halları işıqlandırıb. Özünü müəssisənin şəxsi sahibi kimi aparan V. Aslanovun şiələrə qarşı ədavətli davranışı öncəki illərdə də inanclıları sərt işgəncə və təzyiq altında qoyub.
Bu dəfə də Həbib İbrahimliyə qarşı tətbiq olunan tədbirlər eyni davranış nümunəsini ortaya qoyur. Müəssisə rəhbərliyinin “Siz qılınc müsəlmanısız” ifadəsi ilə çıxış etməsi və qanunsuz addımlarını təkrar etməsi, cəzasızlıq mühitinə güvənməsindən qaynaqlanır.
Məhbusun yaxınları narahatlıqlarını bildirir və aidiyyəti qurumlardan hadisənin araşdırılmasını, hüquqlarının təmin olunmasını və qanunvericiliyə uyğun tədbirlərin görülməsini tələb edirlər.
Məhbusun görüş hüququ növbəti dəfə pozulub