UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" və "Qarabağ" komandaları arasında keçirilən cavab oyunu (3:2) bir sıra statistik göstəricilərlə yadda qalıb.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytı xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Kamilo Duran Radamel Falkaodan sonra Çempionlar Liqasının bir mövsümündə 5 qol vuran 2-ci kolumbiyalı oyunçu olub. Falkao bu nəticəni 2016/2017-ci illər mövsümündə Radamel Falkao Fransanın “Monako” klubunun heyətində göstərib. Bu göstərici üzrə rekord Cekson Martinesə (8 qol) məxsusdur.
“Nyukasl” isə pley-off mərhələsi matçında ilk 6 dəqiqə ərzində 2 qol vuran üçüncü komanda olub. Buna qədər həmin göstəriciyə yalnız İspaniyanın “Valensiya” (2000-ci ildə 1/4 finalda “Latsio”ya qarşı) və Almaniyanın “Borussiya Dortmund” (2014-cü ildə 1/8 finalda “Zenit”ə qarşı) kollektivləri imza atıb.
Bundan başqa, “Nyukasl” Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun ilk 10 dəqiqəsində ümumilikdə 4 qol vuran ilk komanda kimi tarixə düşüb. İngiltərə təmsilçisi ilk matçda 3-cü və 8-ci, cavab görüşündə isə 5-ci və 6-cı dəqiqələrdə fərqlənib. Bu, turnirin tarixində indiyədək qeydə alınan ilk belə göstəricidir.
“Nyukasl”ın qələbəsi ilə cari mövsümdə Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksələn İngiltərə klublarının sayı 6-ya çatıb. Bunlar “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem” və “Çelsi”dir. Bu göstərici turnirin bu raundu üçün bir ölkə üzrə rekord hesab olunur.
Kamilo Duran Çempionlar Liqasında Falkaonun uğurunu təkrarladı