MBH üzvü Nizami Əhmədova hökm oxundu

Noyabrın 23-də daha bir inanclının məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində Əhmədov Nizami Elxan oğlu barəsində narkotik ittihamı ilə bir neçə aydır sürən məhkəmə onu 3 il 8 ay müddətinə azadlıqdan məhrum edib.
Müsəlman Birliyi Hərəkatı Nizami Əhmədovun həbs və barəsində çıxarılan qərarı birmənalı rədd edərək inanclının ölkədə inanca qarşı təzyiq olaraq şərləndiyini söyləyir. Hərəkat bütün günahsız həbs olunan inanclılar kimi Nizami Əhmədovun azadlığını və saxta ittihamlarla davam edən digər inanclılara qarşı məhkəmələrin son verərək onların da azad buraxılmasını tələb edir.
Xatırladaq ki, inanclı bu ilin martında ölkədə kütləvi həbslərin gerçəkləşdiyi mühitdə həbs olunub. Hüquq müdafiəçiləri bu il həbs olunan inaclıların sayının mindən artıq olduğunu söyləyirlər. Bundan əlavə Nizami Əhmədov bu il yanvarın 20-də şəhidlərin ziyarəti zamanı saxlanılaraq 30 sutka inzibati cəza almış 6 hərəkat üzvündən biridir.
Məlumat üçün deyək ki, bu il geniş vüsət alan inanclıların həbsi sirasında 41 MBH üzvü saxlanılıb. Bu da hərəkatın sədri Tale Bağırzadə və üç İdarə Heyətinin üzvü də daxil olmaqla həbsxanada olan hərəkat üzvlərinin sayını 61-ə çatdırıb.