"Sionist rejim "Əl-Əqsa tufanı"nda nokaut oldu"

Operativtv.com Maide.az-a istinadən xəbər verir ki, bunu bu gün Ali Rəhbər Ayətullah Xamenei Hançjou Para-Asiya Oyunlarının medalçıları və bir qrup idmançı, qəhrəman və veteran idmançı ilə görüşdə çıxışında bildirib.
Ayətullah Xamenei bildirib ki, sionist rejim "Əl-Əqsa tufanı"nda nokaut olub. Yəni HƏMAS hərbçi qrup kimi, hökumət və çoxlu imkanlara malik bir ölkə kimi deyil, bir qrup olaraq, bütün o imkanlara malik olan qəsbkar sionist hökumətini nokaut edə bildi.
Ayətullah Xamenei qeyd edib ki, sionist rejim bu məğlubiyyətin vurduğu təzyiq və biabırçılıqdan bu gün də özünü xilas edə bilməyib. "Bəli, onlar güc nümayiş etdirirlər. Ancaq harada? Qəzza xəstəxanasında, Qəzza məktəbində və Qəzzalı evsizlərin üzərində göstərilən bu güc nümayişinin dəyəri yoxdur. Bu ona bənzəyir ki, bir idmançı meydanda uduzub, sonra həmin məğlubiyyətin qisasını rəqib komandanın azarkeşlərinə hücum etmək, onları təhqir edib döyməklə alır. Yəni sionist rejimin etdiyindən daha utancverici bir şey yoxdur."
Ali Rəhbər bildirib ki, sionist rejimin ağır itkisi bu bombardmanlarla kompensasiya olunmayacaq, belə bombardmanlar bu qəsbkar rejimin ömrünü qısaldacaq və bu zülm və amansızlıq cavabsız qalmayacaq.
Çıxışının sonunda Ali Rəhbər Fələstinə verdikləri dəstəyə görə idmançılara təşəkkür etdi. "Məzlumları müdafiə etmək əlaməti olaraq meydançaya Fələstinin simvolu olan şal ilə daxil olan milli komandaya təşəkkür edirəm. Fələstinə dəstək verən hər bir idmançıya təşəkkür edirəm. Medallarını Qəzzalı uşaqlara və sionist rejimin yaratdığı fəlakətin yeri olan xəstəxana şəhidlərinə verdilər."
Ayətullah Xamenei işğalçı İsrail rejim idmançıları ilə yarışmayan idmançılara da öz təşəkkürünü bildirdi: "Sionist tərəflə üz-üzə gəlməkdən imtina edən idmançılara təşəkkür etmək istəyirəm. Bu gün onların necə düzgün addım atdıqları daha adyın olur. Bu idmançıların haqlı olduqları bu gün hər zamankından daha çox üzə çıxır.