ABŞ Fələstin-İsrail münaqişəsi zonasındakı döyüşlərdə iştirak etmək niyyətində deyil

“ABŞ Fələstin-İsrail münaqişəsi zonasında hərbi əməliyyatlarda iştirak etmək niyyətində deyil”.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə Ağ evdə Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi brifinqdə bildirib.

“Siz bunu bilirsiniz: biz bu müharibədə iştirak etmirik. Bunu etmək niyyətimiz də yoxdur”, - Ağ Evin sözçüsü deyib.