Ölkədə həbslər ağlasığmaz rəqəmlərlə yüksəlməkdə davam edir. İnzibati və cinayət işlərinin yer aldığı ortam təkcə həbslər deyil, davamlı olaraq işgəncələri də özündə ehtiva edir ki, bu da qanunsuz addımların daha dəhşətli tərəfidir. Bütün etirazlar, qanunsuz həbslərin dayandırılmasına çağırışa baxmayaraq hakimiyyətin həbs siyasəti öz məcrasında davam etməkdədir.
Belə həbslər sırasında MBH ailəsinin daha bir üzvü narkotik ittihamı ilə saxlanılıb. Qədimov Vilayət Xocəvənddən Beylaqana köçən qaçqınlardandır. O, ailəsi ilə Beyləqan qaçqın şəhərciyində məskunlaşıb. Oktyabrın 22-də Vilayət ev təmiri ilə ilə məşğul olduğu iş yerinə gedərkən ərazi polis işçiləri tərəfindən saxlanılıb. Ailəsinin əldə etdiyi məlumata görə Vilayət Qədimov barəsində cinayət məcəlləsinin narkotiklərlə bağlı maddəsi ilə cinayət işi açılıb. Vilayət Qədimov iki azyaşlı uşağı var.
Xəbəri əldə etdikdən sonra epilepsiya xəstəsi olan şəhid qızı, həyat yoldaşının vəziyyəti ağırlaşıb. Xəstəliyi ilə bağlı qəbul etdiyi dərmanların onda yaranan şok effekti əks təsirlə xanımın durumunu kəskin dəyişib. Beyləqan xəstəxanasına çatdırılan xanıma ilkin yardım göstərildikdən sonra o Bakıya gətirilib. Özəl klinikalardan birində müalicə alan xanımın durumunun sabitləşdiyi bildirilir. Lakin bu halın nə qədər uzun sürə biləcəyini söyləmək çətindir.
İnsanlara qarşı şərləmə maşını təkcə həbs olunan günahsız qurbanlarının deyil, ailələ və yaxınlarının da həyatını cəhənnəmə çevirincə hakimiyyət heç bir şey olmamış kimi həbslərin davamında israrlıdır.
Növbəti MBH üzvü saxlanıldı, həbslər ağlasığmaz rəqəmlərlə yüksəlməkdə davam edir