"HƏMAS terror təşkilatı deyil" - Ərdoğan

"HƏMAS terror təşkilatı deyil, öz torpaqlarını qorumağa çalışan bir qrup azadlıq mücahididir".

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı deyib. 

Ərdoğan həmçinin İsrailə səslənərək deyib: Bütün dünya HƏMAS-a terror təşkilatı kimi baxır. İsrail dövləti ilə heç bir problemimiz yoxdur. Onun dövlət yerinə təşkilat kimi hərəkət etməsini bəyənmirik. Biz Fələstin davamızı müdafiə edəcəyik.

Davosda "öldürməyi çox yaxşı bilirsən" dedim. O gündən bəri Davosa getməmişəm. Ey İsrail, bu zehniyyətlə heç yerə gedə bilməzsən. ABŞ və ya Qərbi özünüzlə aparsanız belə heç yerə gedə bilməzsiniz".