Həmas tərəfdarları Məscidül-Əqsaya dəstək yürüşü keçirib

Fələstin İslami Müqavimət Hərəkatının HƏMAS-ın yüzlərlə tərəfdarı və üzvü Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində böyük yürüş təşkil edərək, Məscidül-Əqsaya dəstəklərini bəyan ediblər. Bu yürüş bir qrup Həmas liderlərinin iştirakı ilə cümə namazından sonra şəhərin bütün məscidlərində keçirilib.

Əllərində pankart tutan yürüş iştirakçıları Məscidül-Əqsanın qırmızı xətt olduğunu vurğulayaraq dəstək və müdafiə tələb ediblər.

Həmas Hərəkatının siyasi bürosunun üzvü Zəkəriyya Əbu Müəmmər bu yürüşdəki çıxışında deyib: “Bu yürüş Məscidül-Əqsaya qarşı Talmud dini müharibəsi və onun yerinə “Süleyman məbədi”nin inşasına doğru bir addımdır. Məscidül-Əqsanın bölünmə planı o zaman həyata keçirilir ki, bütün Qüdsdə Fələstin kimliyinin məhv edilməsinə çalışılır.

Məscidül-Əqsa məsələsi Ramazan ayının son ayında olduğu kimi bütün meydanları və cəbhələri alovlandıran bir məsələdir. Müqavimət bütün vasitələri ilə işğalçıların Məscidül-Əqsada törətdikləri cinayət və qətllərin cavabsız və əvəzsiz qalmasına, nə qədər uzun sürsə də, onların bölgü planlarının təsdiqlənməsinə heç vaxt icazə verməyəcək.

Müqəddəs qılınc döyüşü hələ də qınından çıxmayıb və tənlik hələ də dayanır. Bu tənliyin pozulduğunu düşünənlər ya illüziya içərisindədirlər, ya da tələsirlər. Məscidül-Əqsa və Qüdsün kimliyini nəyin bahasına olursa olsun qoruyacağıq, əlimizdə olan ən dəyərli şeyimiz olan Məscidül-Əqsanı və Qüdsü müdafiə edəcəyik və başımızın tacı olan bu dəyərlər üçün işğalçı rejimlə mübarizə aparacağıq.

Müqavimət güclü və sabitdir və daimi mövcudluğa malikdir və bir şəhərdən digərinə, bir düşərgədən digərinə və bir kənddən digərinə köçürülür. Xalqın ciddi dəstəyini alan bu müqavimətin gücü günü-gündən artır. Xalq da müqavimətin yanaşmalarını dəstəklədi, müqavimətlə yanaşı vuruşdu və bu müqavimətin davamı üçün böyük fədakarlıqlar göstərdi”.