Əli Kərimli:"Hacı Şahinin ölümü xalqımız üçün böyük itkidir"

"Tanınmış din xadimi, ruhani alim Hacı Şahin Həsənlinin vaxtsız ölümü bütövlükdə xalqımız üçün böyük itkidir.
Hacı Şahin Həsənli mötədil din xadimi olaraq öz çoxsaylı ardıcıllarını imanları ilə yanaşı dövlətimizə və bayrağımıza da sahib çıxmağa çağırırdı.
Azərbaycanın Londondakı səfirliyinə edilmiş hücum zamanı biz hamımız mərhum Hacı Şahinin gördüyü pozitiv, dövlətimizə, millətimizə faydalı işin şahidi olmuşduq.
Hacı Şahinə Allahdan rəhmət, doğmalarına və sevənlərinə Allahdan səbr diləyirəm".
 
Azadlıq Qəzeti.