Kosovoda polislə serblər arasında toqquşma baş verib

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, Kosovo sərhədindəki Serbiya qoşunları cümə günü yüksək hazırlıq vəziyyətinə gətirilib. Buna səbəb polislə Kosovonun serv əhalisi arasında toqquşmların azı 10 nəfərin yaralanması ilə nəticələnməsi olub.

Kosovoda serblər yeni seçilən alban merlərin ofislərinə daxil olmalarının qarşısını almaq üçün küçələrə axışıblar.

Kosovo polisi siyasətçilərin ofislərinə daxil olmaların imkan vermək üçün etirazçıları hərəkətə keçirməyə cəhd etməsi nəticəsində qarşıdurma baş verib.

Rəsmilər deyir ki, cümə günü toqquşma zamanı azı beş nəfər xəsarət alıb və bir neçə maşın yandırılıb.

Britaniya, Fransa, İtaliya, Almaniya və Birləşmiş Ştatlar birgə bəyanat yayaraq Kosovonu “deeskalasiya etməyə” çağırıb.

Qərb qüdrətləri deyib ki, onlar “Serboyanın Kosovo ilə sərhəddə silahlı qüvvələrini hazır vəziyyətə gətirmək qərarından narahatdırlar.”

Serbiya prezidenti Aleksandr Vuçic cümə günü deyib ki, “Biz sülhü qoruyacağıq – amma mən sizə deyirəm ki, Kosovonun şimalında serblərə hücum edildiyi anda Serbiya sakit qalmayacaq.”

Kosovo serbləri keçən ay keçirilən bələdiyyə seçkilərinə ümumiyyətlə məhəl qoymayıblar. Bu isə albanlara iki vəzifə qazanmağa imkan verdi.

Serblərin əksəriyyət təşkil etdiyi bir neçə bələdiyyədə serb siyasətçilər ötən il Kosovo rəsmiləri Kosovalı onların sosial və iqtisadi məsələlərə yanaşmalarını əlaqələndirmək üçün təşkilat yaratmağa mane olmalarından sonra ofislərini tərk ediblər.