İsraildə etiraz aksiyası zamanı Netanyahunun həyat yoldaşı bərbərdə ilişib qalıb

İsraildə baş nazir Binyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu hökumətin məhkəmə hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdıran qaydalarına etiraz zamanı ilişib qaldığı bərbərdən, polisin nümayişçiləri qovmaq üçün güc tətbiq etməsindən sonra çıxa bilib.

Baş nazirin həyat yoldaşı Sara Netanyahu hökumətin məhkəmə hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdıran nizamnaməsinə qarşı vətəndaş itaətsizliyi aksiyaları zamanı Təl-Əvivdə bərbərdə sıxışıb qalıdmış. Sara Netanyahunun getdiyi bərbərin qarşısına toplaşan yüzlərlə insan nəhəng İsrail bayrağını açıb, şüarlar səsləndirib.

Haaretz xəbər yayıb ki, İsrail polisi bölgəyə əlavə qüvvələr göndərərək nümayişçiləri ərazidən uzaqlaşdırmağa başlayıb.

Baş nazir Binyamin Netanyahu, həyat yoldaşı hələ bərbərdə olarkən sosial media hesabından verdiyi açıqlamada, "Anarxistlər (Yair) Lapidin rəhbərliyi altında qırmızı xətti keçməyə davam edirlər. Hazırda həyat yoldaşım Saranı təhdid edir və incidirlər. Lapid və müxalifət bu və görünməmiş biabırçı vəziyyətə dərhal son qoymalıdır. Müxalifətçi Lapid və keçmiş müdafiə naziri Benny Gantz etirazçıları Netanyahunun zalı tərk etməsinə icazə verməyə çağırıb.

İsrail televiziyası Netanyahunun həyat yoldaşının polisin nümayişçiləri zorla çıxarmasından sonra Təl-Əvivdəki bərbərdən təxliyyə edildiyini canlı yayımlayıb. İsrail ictimaiyyətinin yaxşı tanıdığı Sara Netanyahu ərinin mühakimə olunduğu korrupsiya işlərindən “bahalı hədiyyələr” dosyesinə daxil edilib və iş adamlarından ona on minlərlə dollarlıq hədiyyələr verildiyini iddia edib.