İran Fransaya Ayətullah Xameneyinin karikaturalarına görə xəbərdarlıq etdi

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, İran çərşənbə günü ölkənin ali dini lideri Ayətullah Əli Xameneyiyə qarşı təhqiramiz hesab etdiyi karikaturalara görə Fransaya xəbərdarlıq edib. Bu karikaturalar Charlie Hebdo satirik jurnalında dərc olunub.

Həftəliuk məcmuə dekabrda başlanmış müsabiqənin tərkib hissəsi olaraq İranın ali dini rəhbərini hədəf alan onlarla karikatura dərc edib. Məqsəd ötən üç ayda iranı bürümüş etirazlara dəstək vermək olub.

“Fransız dərginin dini və siyasi rəhbərliyə qarşı təhqiramiz və biədəb karikaturaları dərc etməsi effektiv və qəti cavabsız ötüşməyəcək,” İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Tvitterdə yazıb.

O, Fransa hökumətinə sərhədi aşmağa imkan verməcəyini bildirib, lakin konkret fəsadları sadalamayıb.

Ötən həftə Fransanın İrandakı səfiri İran xarici işlər nazirliyinə çağırılıb.

Dəstəkçiləri tərəfindən azad sözün çarçısı, tənqidçiləri tərəfindən isə lüzumsuz yerə təxribat xarakterli dərgi kimi görülən Charlie Hebdo-nun stili Fransanın özündə də mübahisəli sayılır.

Lakin 2015-ci ilin yanvarında islamçı radikalların Məhəmməd peyğəmbərin (s) karikaturasını dərc etdiyinə görə jurnal redaksiyasına ölümcül hücumu ölkəni birləşdirdi.