“Hizbullah” lideri HƏMAS nümayəndə heyətini qəbul edib

“Hizbullah” lideri Həsən Nəsrullah HƏMAS nümayəndə heyətini qəbul edib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə Livan KİV məlumat yayıb.

Məlumata əsasən, HƏMAS nümayəndə heyətinə Siyasi Büro üzvü Xəlil əl-Həyya başçılıq edib.

Tərəflər arasında İsrail-HƏMAS razılaşması üzrə danışıqlar prosesi, həmçinin Qəzza zolağı və İordan çayının qərb sahilindəki vəziyyət müzakirə edilib.