Hikmət Hacıyev İran səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlər, Cənubi Qafqaz regionunda baş verən proseslər və Azərbaycan-Ermənistan sülh danışıqları müzakirə edilib.

Həmçinin, görüşdə işğalçı İsrail rejiminin Fələstinə hücumu, eləcə də bu xüsusda İslam ölkələrinin rolu barədə fikir mübadiləsi aparılıb.