"Gürcüstanın dini müxtəlifliyi ölkəmizin ən mühüm sərvətlərindən biridir".
Operativtv.com Aktual.ge-yə istinadən xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze müsəlman icmasının şərəfinə təşkil olunan iftar mərasimində çıxışı zamanı deyib.
Hökumət başçısı müsəlman icmasına xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıb.
“Bizim ayrılmaz parçamız olan müsəlman icması ölkəmizin quruculuğuna böyük töhfə verib və qardaşlığımızın arxasında böyük bir tarix var. Gürcüstan unikal ölkədir ki, burada gürcü və azərbaycanlı, şiə və sünni müsəlmanlar eyni məsciddə ibadət edirlər. Bu dinc yanaşı yaşamaq, qardaşlıq ənənəsi bizim üçün çox əzizdir və biz bunu əməllərimizlə sübut edirik. Dövlət 237 məscidi müsəlman icmasına təhvil verib, daha 20 məscid isə təhvil verilməyə hazırdır. Dövlət müsəlman icmasına ayırdığı maliyyəni 4 milyon 150 min lariyə çatdırıb və iqtisadi artım fonunda bu dəstək daha da artacaq. Gürcüstanın dini müxtəlifliyi ölkəmizin əsas sərvətlərindən biridir. Bu gün də müasir Gürcüstan dövlətinin qurulması zamanı cəmiyyətin hər bir qrupu, hər bir dini icma, hər bir fərd özünü bu prosesin tamhüquqlu iştirakçısı kimi hiss etməlidir və bunun üçün biz dövlət olaraq gələcəkdə də hər şeyi edəcəyik", - İrakli Kobaxidze bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Şeyx Faiq Nəbiyev, Qərbi Gürcüstanın müftisi Adam Şantadze və Şərqi Gürcüstanın müftisi Etibar Eminov iftara toplaşan müsəlman icması qarşısında çıxış ediblər .
Gürcüstanın Baş nazirinin adından müsəlman icmasının şərəfinə təşkil edilən iftarda Barışıq və Vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani, Azərbaycanın səfiri Faiq Quliyev, Türkiyə səfiri Ali Kaan Orbay, İran səfiri Mahmud Ədib, diplomatik korpusun nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
"Gürcüstan unikal ölkədir ki, burada gürcü və azərbaycanlı, şiə və sünni eyni məsciddə ibadət edirlər"