Gürcüstan polisi: Aksiyada saxlanılanlar var, birində soyuq silah aşkarlanıb

Hökumət administrasiyasına qarşı davam edən aksiya zamanı iki nəfər saxlanılıb, saxlanılanların birindən soyuq silah götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyi aksiyanın təşkilatçılarını və iştirakçılarını qanunsuz hərəkətlərə yol verməməyə çağırır.

Asayişin qorunması məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları dövlət administrasiyasının binası ərazisinə səfərbər olunub.

“Aksiya zamanı etirazçılar tərəfindən zorakılıq hərəkətləri törədilib. Bir neçə etirazçı polisin dinc aksiya keçirmək barədə qanuni tələbinə əməl etməyib, nəticədə 2 nəfər inzibati qaydada saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılanlardan birində soyuq silah aşkar ediblər. Daxili İşlər Nazirliyi bir daha mitinqin təşkilatçılarını və iştirakçılarını qanunsuz hərəkətlərə yol verməməyə çağırır. Hər bir qeyri-qanuni hərəkətin ardınca dərhal qanuni tədbirlər görüləcək”, – bəyanatda deyilir.

 

Report.az